Ana Sayfa > Karusel / Kriminal > Arvadını öldürən ərə 10 il 6 ay həbs verildi
Arvadını öldürən ərə 10 il 6 ay həbs verildi22-09-2021, 17:37. Yazar: Admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qarabaginfo.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevral ayının 1-i saat 18:00 radələrində Suraxanı rayonunda baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü E.Qasımovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cütlüyün iki azyaşlı övladı var. Geri dön |