“Digər ölkələrdə bu cür sistemlər xarici kəşfiyyat orqanları tərəfindən dövlətin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir – öncə telefona reklam xarakterli mesaj göndərilir. Mesaj linki açıldıqdan sonra isə dinləmə sistemi telefonda işə düşür. Yeri gəlmişkən, bir nəfərin dinlənilməsi təxminən 10 min dollara başa gəlir. Bu sistem WhatsApp, Telegram, Facebook şəbəkələrini əlçatan edir. Hakimiyyət yeni sistemi əsasən müxalifətə qarşı istifadə etmək üçün alıb, lakin kimin dinləniləcəyi Paşinyanın birbaşa göstərişi ilə seçilir” – deyə nəşr bildirib.