Ana Sayfa > Karusel / Hadisə > Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb

Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanıb


22-09-2021, 15:37. Yazar: Admin

Qarabağda mina partlayışı: 3 ölü, 2 yaralı

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Rayon prokurorluğundan Qarabaginfo.az-a verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Geri dön