Ana Sayfa > Karusel / Siyasət > Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK


22-09-2021, 15:03. Yazar: Admin

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışı Kremldə narazılıq doğurub.

 

Qarabaginfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Krımın Rusiya tərəfindən ilhaq olunmasını qəbul etmədiklərini söyləməsini təəssüflə qarşılayıb.

“Kreml Ərdoğanın Rusiyaya səfərə hazırlaşdığı məqamda Krımla bağlı dediklərindən təəssüflənir”-deyə Peskov söyləyib.

 

Xatırladaq ki, Ərdoğan sentyabrın 29-da Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.(Modern.az)


Geri dön