Ana Sayfa > Karusel / Gündəm > "Ermənistan travma yaşayır, Qarabağın statusu məsələsi..." - Markedonov

"Ermənistan travma yaşayır, Qarabağın statusu məsələsi..." - Markedonov


22-09-2021, 14:42. Yazar: Admin
“Ermənistan travma yaşayır, Qarabağın statusu məsələsi…” – Markedonov

 

Qarabağın statusu məsələsi danışıqlar prosesindən çıxarılıb və bu, artıq Ermənistandan asılı deyil.

Qarabaginfo.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Sergey Markedonov deyib.

Ekspert Qarabağdakı 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistan qarşısında böyük üstünlük əldə etdiyini bildirib:

“Ermənistan 30 ildən sonra travma yaşayır. Qarabağ itirildi və Qarabağın statusu danışıqlar çərçivəsindən çıxarıldı. Bakı təkid edir ki, münaqişə bitib və başqa bir şeyə aydınlıq gətirməyə ehtiyac yoxdur.

Üstəlik, Ermənistan üçün Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsi bir-iki il əvvəlkindən xeyli az əlverişli şəraitdə gündəmə gəlib. Erməni cəmiyyəti Qarabağ və ətrafındakı bölgələri özündə birləşdirəcək “Böyük Ermənistan” (“Miatsum”) ideyası yenidən nəzərdən keçirilir.

Yenə də otuz il əvvəl olduğu kimi, Ermənistanın haradan başlamalı və bitməli olduğu məsələsi gündəmdədir. Yenə də o vaxt olduğu kimi, çox şey İrəvandan deyil, həm də kənar oyunçuların mövqelərindən asılıdır”.


Geri dön