Ana Sayfa > Karusel / Gündəm > Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı

Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı


22-09-2021, 14:40. Yazar: Admin

Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı

 

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Bu barədə Qarabaginfo.az-a Qazax rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Geri dön