Ana Sayfa > Karusel / Region > Paşinyan düşmənlərini izlətmək üçün “Peqasus” aldırdı

Paşinyan düşmənlərini izlətmək üçün “Peqasus” aldırdı


22-09-2021, 14:35. Yazar: Admin

Nikol Paşinyan daxili düşmənləri ilə mübarizə aparmaq üçün “Peqasus” dinləmə sistemi aldırıb.

Qarabaginfo.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, bu sistem İrəvan üçün 7 milyon dollara başa gəlib:

“Başqa ölkələrdə belə sistemlərdən dövlətin təhlükəsizliyi üçün təhdidlər yaradanları dinləmək üçün istifadə edilir. Mexanizm sadədir. Nəzərdə tutulan telefona adi reklam SMS göndərilir və onun açılmasından sonra sistem mobil telefona yüklənir”.

Qəzet bu sistemin kimlərə qarşı tətbiq olunması haqqında əmrin birbaşa Paşinyan tərəfindən verildiyini bildirib.(Axar.az)

 


Geri dön