Ana Sayfa > Karusel / Siyasət > İran XİN sözçüsü: “Donald Trampla görüş üçün heç vaxt xahiş etməmişik"

İran XİN sözçüsü: “Donald Trampla görüş üçün heç vaxt xahiş etməmişik"


21-09-2018, 14:11. Yazar: Admin

 

Bakı. 21 sentyabr. REPORT.AZ/ “İran tərəfi ABŞ Prezidenti Donald Trampla görüş üçün heç vaxt xahiş etməyib”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib.

“Biz yenə təkrar edirik. İran Donad Trampla görüş üçün heç vaxt xahiş etməyib”, - o vurğulayıb.

Qeyd edək ki, İran Prezdenti gələn həftə BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. 


Geri dön