“Azərbaycanda mövcud siniflərin yalnız 0,3 faizində 40 və daha çox şagird şagird var. Bu sıxlığın müəyyən obyektiv və subyektiv səbəbləri var”.
Qarabaqinfo.az-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib
O bildirib ki, bəzi yerlərdə əhalinin sıxlığı ilə məktəblərin həcmi arasında qeyri-mütənasiblik var: “Amma ümumi götürəndə Azərbaycan məktəblərində ümumi sıxlıq faizi çox deyil. Valideynlər hansısa məktəbə üz tutanda şagird sıxlığını nəzərə almalıdırlar. Biz bu sıxlığı bacardığımız qədər tənzimləməyə çalışırıq və buna davam edəcəyik. Təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiya olunduğuna görə düşünmürəm ki, şagird sıxlığı ciddi problemə çevriləcək".