Lakin bu dəfə jurnalistin “hazırda altı uşağınızın olmasını təsdiqləyirsizmi” sualına Conson “Bəli”, deyərək cavab verib.
Qeyd edək ki, Consonun may ayında gizli mərasimdə evləndiyi Kerri Saymondsdan bir oğlu dünyaya gəlib. Bundan əlavə, baş nazirin sənətşünas Helen Makintayrdan qeyri-qanuni bir qızı, vəkil Marina Uilerlə qanuni nikahından isə 4 yetkin uşağı var.
Baş nazir hazırkı həyat yoldaşından ikinci övladının dünyaya gəlməsini gözləyir.