“Rüstəm Muradovun uzaqlaşmasından və Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandiri vəzifəsinə general-mayor Mixail Kosobokovun təyin edilməsindən sonra azərbaycanlılar aktivləşiblər”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin Qarabağdakı mənbələri bildirib ki, bu yaxınlarda azərbaycanlılar Şuşaya gedən Rusiya UAZ-ını dayandırıblar, yoxlayıblar və bu, rus əsgərlərdə şok yaradıb.
Bildirilib ki, ruslar bir neçə aydır Qarabağdadırlar, lakin Azərbaycan əsgərlərinin onları yoxlaması ilk hadisədir.