Ana Sayfa > Karusel / Gündəm / İdman > "Qızıl buts" mükafatı Levandovskiyə təqdim olunub
"Qızıl buts" mükafatı Levandovskiyə təqdim olunub21-09-2021, 17:16. Yazar: Admin |
Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovskiyə "Qızıl buts" mükafatı təqdim olunub. Qarabaginfo.az-ın məlumatına görə, 33 yaşlı hücumçu 2020/2021 mövsümündə Bundesliqada 42 qola imza atıb. Təcrübəli forvard İspaniya "Barselona"sından Fransa PSJ-sinə keçən Lionel Messini (30 qol) və İtaliya "Yuventus"unu İngiltərə "Mançester Yunayted"inə dəyişən Kriştianu Ronaldunu (29 qol) geridə qoyub. Qeyd edək ki, Robert Levandovski "Bavariya"da 2014-cü ildən forma geyinir. "Qızıl buts" mükafatı Avropa liqalarında ən çox qol vurmuş futbolçuya verilir. Geri dön |