Ana Sayfa > Karusel / Siyasət > "Rusiya Türkiyənin bu hərəkətindən təəssüflənir" - Kreml

"Rusiya Türkiyənin bu hərəkətindən təəssüflənir" - Kreml


21-09-2021, 17:00. Yazar: Admin
"Rusiya Türkiyənin bu hərəkətindən təəssüflənir" <span style="color:red">- Kreml</span>

Kremli bu yaxınlarda Rusiyanın Krımda keçirilmiş parlament seçkisinin nəticələrini Türkiyənin tanımamasına təəssüflənir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu cür bəyanatları qəbul etmirik və bu barədə türkiyəli həmkarlarımızla açıq danışırıq. Krım məsələsi bizim mövqelərimizin köklü şəkildə fərqləndiyi məsələdir. Biz bu mövqedən təəssüfləndiyimizi bildiririk, lakin ümid edirik ki, zaman keçdikcə siyasi iradə ortaya çıxacaq və Türkiyə sadəcə həqiqəti və real vəziyyəti qəbul edərək bu mövqeyi dəyişəcək", - deyə Peskov əlavə edib.

Peskov həmçinin vurğulayıb ki, Türkiyə Rusiyanın tərəfdaşıdır və "bir sıra regional məsələlər üzrə ikitərəfli münasibətlər, əməkdaşlıq kompleksinin inkişafına mane olmur və olmamalıdır".


Geri dön