Ana Sayfa > Karusel / Qarabağ > MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"
MN: "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır"21-09-2021, 15:42. Yazar: Admin |
Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib. "Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib. Geri dön |