Ana Sayfa > Karusel / Siyasət > Ermənistan XİN başçısı ABŞ-a gedib-Gündəmdə Qarabağ da var...

Ermənistan XİN başçısı ABŞ-a gedib-Gündəmdə Qarabağ da var...


21-09-2021, 12:13. Yazar: Admin

Ermənistan XİN başçısı ABŞ-a gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 21-də ABŞ-a işgüzar səfərə yola düşüb.

Qarabaginfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi feysbuk səhifəsində məlumat verib.

Bildirilib ki, A.Mirzoyan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək. Səfər çərçivəsində onun başqa dövlətlərdən olan həmkarları ilə görüşü nəzərədə tutulub. Ararat Mirzoyanın ATƏT-in Minsk qrupunun hərmsədrləri ilə görüşü də nəzərdə tutulub.


Geri dön