Ana Sayfa > Karusel / Qarabağ > Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşüb, bir nəfər yaralanıb - VİDEO

Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşüb, bir nəfər yaralanıb - VİDEO


21-09-2021, 07:56. Yazar: Admin

Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

Qarabaginfo.az xəbər verir ki, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.


Geri dön