Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcü jurnalistlər Şuşaya və Ağdama səfər edəcəklər
Ana Sayfa > Karusel / Qarabağ > Gürcü jurnalistlər Şuşaya və Ağdama səfər edəcəklər

Gürcü jurnalistlər Şuşaya və Ağdama səfər edəcəklər


21-09-2021, 07:28. Yazar: Admin

Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb. Bu barədə Hikmət Hacıyev özünün tvitterdəki hesabında bildirib.

"Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər", - deyə Hikmət Hacıyev bildirib.


Geri dön