Ana Sayfa > Karusel / Kriminal > Sumqayıtda yük avtomobili nənə və nəvəni vurub, qadın ölüb

Sumqayıtda yük avtomobili nənə və nəvəni vurub, qadın ölüb


20-09-2018, 12:27. Yazar: Admin

 

 Sumqayıt şəhərində yük avtomobili qadın piyadanı vuraraq öldürüb. 

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, hadisə sentyabrın 19-da saat 11 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb. 

Belə ki, Simqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.


Geri dön