Ana Sayfa > Karusel / Gündəm > İki mülki erməni geri qaytarılıb - RƏSMİ

İki mülki erməni geri qaytarılıb - RƏSMİ


20-09-2021, 17:07. Yazar: Admin

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, bildirilib ki, 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarılıb.


Geri dön