Ana Sayfa > Karusel / Gündəm / Siyasət > “Kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq” - Paşinyan

“Kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq” - Paşinyan


20-09-2021, 16:13. Yazar: Admin

“Kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq”

 

“Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşü zamanı deyib.

“Kommunikasiyaların açılmasında son dərəcə maraqlıyıq. Bununla 25 ildən çoxdur ki, olduğumuz blokadadan çıxmaq üçün imkan görürük. İşlər nəticəsində konkret həllər olacağına ümid edirik”, - deyə Nikol Paşinyan vurğulayıb.

Qeyd edək ki, Aleksey Overçuk Ermənistan-Rusiya biznes forumunda iştirak etmək üçün İrəvanda səfərdədir.


Geri dön