Ana Sayfa > Karusel / Hadisə > Füzulidə avtomobil aşıb, sürücü ölüb

Füzulidə avtomobil aşıb, sürücü ölüb


20-09-2021, 15:52. Yazar: Admin

Füzulidə avtomobil aşıb, sürücü ölüb

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Şamil Süleymanov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Geri dön