Ana Sayfa > Karusel / İdman > Fırıldaqçı Ronaldunun 288 min avrosunu mənimsəyib

Fırıldaqçı Ronaldunun 288 min avrosunu mənimsəyib


20-09-2021, 13:51. Yazar: Admin

 

Fırıldaqçı Ronaldunun 288 min avrosunu mənimsəyib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu 3 il ərzində fırıldaqçı qadın tərəfindən aldadılıb.

Qarabaginfo.az "Jornal de Noticias" qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçuya dəymiş ziyan 288 min avro təşkil edir.

53 yaşlı səyahət agenti təcrübəli forvardın getmədiyi 200 səfər üçün ondan pul alıb.

Portuqaliyalı oyunçu ona bank kartı və digər sənədlərin detallarını verib. Həmin şəxsin Luiş Nani, Manuel Fernandeş və futbol agenti Jorje Mendeş də daxil olmaqla bir neçə şəxsi aldada biləcəyi ehtimal olunur.

Səyahət agenti 2017-ci ildə saxlanılıb və qarət etdiyi şəxslərə pullarını qaytarır.


Geri dön