Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı

ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı


19-09-2021, 13:47. Yazar: Admin

Koronavirusa qarşı edilən peyvənd üç doza ola bilər.

 

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "The Telegraph" qəzetinə müsahibəsində deyib. "Düşünürəm ki, üçüncü vaksinin qəbulu daha məqsədəuyğun olacaq", - deyə Fauçi qeyd edib. O, gücləndirici peyvənd ideyasını dəstəklədiyini bildirib.

 

Mütəxəssisin sözlərinə görə, "Pfizer" vaksininin də altı aydan sonra üçüncü dəfə qəbul edilməsi mümkündür. Fauçi pandemiyanın nə vaxt bitəcəyi barədə suala belə cavab verib: "Bu barədə praqnoz vermək çətindir, lakin böyük ehtimalla yazda bitəcəyinə ümid var", - deyə o bildirib.


Geri dön