Ana Sayfa > Karusel / Dünya > Fransada 150 baykerin iştirakı ilə davaolub

Fransada 150 baykerin iştirakı ilə davaolub


19-09-2021, 07:50. Yazar: Admin

 

Fransanın cənub-qərbindəki Tarb şəhərində 150 ​​baykerin iştirak etdiyi kütləvi davada 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarəti alıb.

Bu barədə "France Info" radiostansiyası məlumat yayıb. Hadisə musiqi, döymə sərgisi və poker turnirinin yer aldığı Amerika Salon Festivalının keçirildiyi Sərgi Parkında baş verib.

Kütləvi davanın səbəbləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları dava zamanı insanlara xəsarət yetirən şəxsin axtarışına başlayıb.

Tarb şəhərinin meri Qerard Tremeje festivalın dərhal dayandırılmasını əmr edib və iştirakçıların evlərinə qayıtmasını tələb edib.


Geri dön