Ana Sayfa > Karusel / Dünya > ABŞ-da gənc oğlan 1282 il müddətinə həbs cəzası alıb
ABŞ-da gənc oğlan 1282 il müddətinə həbs cəzası alıb19-09-2021, 07:41. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Denver Post” nəşri yazıb. Müvafiq qərar Nebraska ştatının Duqlas dairə məhkəməsi tərəfindən verilib. Məlumata görə, gənc oğlan məktəbdə bir nəfəri öldürmüş, 8 nəfəri isə yaralamışdı. Buna görə o, 1282 il müddətinə həbs cəzası alıb. Təhsil müəssisəsinə edilən hücumda onun əlbiri də iştirak edib. 2021-ci ilin iyununda ittihamçılar Eriksona qarşı sinif yoldaşı, 18 yaşlı Kendrik Kastilyonun öldürülməsi də daxil olmaqla təxminən 40 ittiham irəli sürüblər. O, həmçinin qəsdən adam öldürməyə cəhd, yandırma, oğurluq, məktəb ərazisində silah saxlamaq kimi 31 daha az ağır ittihamlar üzrə məhkum edilib. Geri dön |