ABŞ-ın Merilend Universitetinin alimləri mutasiyaya uğramış koronavirusun hava yolu ilə daha yaxşı ötürüldüyü qənaətinə gəliblər. Bu tədqiqatların nəticələri "Clinical Infectious Diseases" nəşrində yer alıb. Alimlər müxtəlif SARS-CoV-2 ilə 49 yoluxma halı üzərində müşahidə aparıblar. Bütün xəstələrdə xəstəlik asimptomatik və ya yüngül simptomlarla keçib. Delta və alfa ştammlarına yoluxan insanlarda isə bunun əksini görüblər.
![]()
Alimlərin fikrincə, delta alfadan daha yoluxucudur, və yeni infeksiyalar hava yolu ilə ötürüldüyünə görə tibbi maskaların virusun yayılma riskini 50% azaltdığını təsdiqləyir. Buna görə də yoluxmamaq üçün nəinki peyvənd olunmaq, həm də fərdi qoruyucu vasitələrdən istifadə etməyə davam etmək və mütləq şəkildə otaqları tez-tez havalandırmaq lazımdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 4 SARS-CoV-2 mutasiyasını təhlükə dərəcəsinə görə bu cür sadalayıb: alfa (Böyük Britaniya), beta (Cənubi Afrika), qamma (Braziliya) və delta ştamları.
İlk dəfə Hindistanda tapılan delta ştamı son aylarda Rusiya da daxil olmaqla, əksər ölkələrdə dominantlıq edir.(virtualaz)
