Ana Sayfa > Karusel / Siyasət > Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirildi

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirildi


18-09-2021, 19:24. Yazar: Admin

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirildi

Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Flotilyasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Geri dön