Ana Sayfa > Karusel / Siyasət > Baş nazir: "Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir"

Baş nazir: "Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir"


18-09-2021, 12:44. Yazar: Admin

Baş nazir: Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir

"Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş dövlətdir".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR şirkətinin inşa etdirdiyi idman kompleksinim açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "İki ölkə arasında dostluq münasibətləri yüksək səviyyədədir".

Baş nazir deyib ki, SOCAR Gürüstanda ən böyük investor şirkətlərdən biri olmaqla yanaşı, sosial layihələr də həyata keçirir: "Müasir idman kompleksi Gürcüstana böyük hədiyyədir. SOCAR şirkətinin rəhbərliyinə təşəkkür edirəm".


Geri dön