Ana Sayfa > Karusel / Dünya > ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək

ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək


18-09-2021, 07:16. Yazar: Admin

 

ABŞ rəhbəri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşəcək

ABŞ prezidenti Cozef Bayden bazar ertəsi - 20 sentyabrda Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-də dövlət başçısı istirahət etdiyi Delaver ştatından Vaşinqtona qayıdacaq. "O, bundan sonra Nyu-Yorka BMT Baş Assambleyasının 76-cı sessiyasına yola düşəcək. Axşam prezident BMT baş katibi Antoniu Quterrişlə görüşəcək", - xəbərdə qeyd edilir.

Bayden sentyabrın 21-də səhər BMT Baş Assambleyasında çıxış edəcək, sonra Ağ Evə qayıdacaq.


Geri dön