Ana Sayfa > Karusel / Siyasət > Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb


18-09-2021, 07:10. Yazar: Admin

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıbRəsmi Paris “Naval Group” sualtı qayıq müqaviləsininin ləğv edilməsi ilə əlaqədar ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Qarabaginfo.az xəbər verir ki. bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

O bildirib ki, bu addım prezidenti Emmanuel Makronun tələbi ilə gerçəkləşib.

“Bu müstəsna qərar sentyabrın 15-də Avstraliya və ABŞ-ın birgə verdiyi açıqlamaların xüsusi ciddiliyi ilə əsaslandırılır”, deyə nazir vurğulayıb.

Xarici işlər naziri Kanberranın sualtı layihədən çəkilməsinin və yeni bir hərbi ittifaq çərçivəsində ABŞ-ın Avstraliya Hərbi Dəniz Qüvvələri ilə nüvə sualtı gəmilər yaratmağın mümkün əməkdaşlığın "müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz davranış olduğunu" söyləyib.(Apa)


Geri dön