Ana Sayfa > Karusel / İdman > Pele yenidən reanimasiyaya köçürülüb
Pele yenidən reanimasiyaya köçürülüb17-09-2021, 23:22. Yazar: Admin |
Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele yenidən müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə "ESPN Brasil" telekanalı məlumat yayıb. Qeyd edək ki, Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparır. Belə ki, avqustun 30-da Pele San-Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.(Report) Geri dön |