Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA


17-09-2021, 23:14. Yazar: Admin

Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21:00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş (Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yağış bəzi yerlərdə leysan xarakterli olub.

Bu gün intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göygöl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.


Geri dön