Ana Sayfa > Karusel / Dünya > Bayden pandemiya səbəbindən Nyu-Yorkda dünya ölkələrinin liderləri ilə görüşməyəcək
Bayden pandemiya səbəbindən Nyu-Yorkda dünya ölkələrinin liderləri ilə görüşməyəcək17-09-2021, 20:34. Yazar: Admin |
Cozef Bayden
ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclasında çıxış etmək üçün 21 sentyabr tarixində Nyu-Yorka gedəcək. Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild jurnalistlərə açıqlamasında deyib. O, prezidentin BMT Baş Assambleyasında çıxışından sonra Vaşinqtona qayıdacağını, pandemiya səbəbi ilə digər ölkələrin liderləri ilə ikitərəfli görüşlərin baş tutmayacağını açıqlayıb. Qeyd edək ki, bu, Cozef Baydenin prezidentliyi dövründə BMT Baş Assambleyasında ilk çıxışı olacaq. Geri dön |