Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib
Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib17-09-2021, 20:21. Yazar: Admin |
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,4 milyard ABŞ dolları və yaxud 4,8% artaraq 53,2 milyard dollara çatıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu dövrdə AMB-nin valyuta ehtiyatları 10,6% artaraq 7 milyard dolları keçib. Valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondunun SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitinin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb. Geri dön |