Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident Vamiq Məmmədəliyevə mənzil hədiyyə etdi
Ana Sayfa > Karusel / Mədəniyyət > Prezident Vamiq Məmmədəliyevə mənzil hədiyyə etdi

Prezident Vamiq Məmmədəliyevə mənzil hədiyyə etdi


17-09-2021, 17:44. Yazar: Admin

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyevə mənzil hədiyyə edib. Bu barədə Xalq artistinin özü məlumat verib.

V.Məmmmədəliyev diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: “Sənətimə qiymət verildiyi üçün çox xoşbəxtəm və buna görə də dövlətimizin başçısına öz təşəkkürümü bildirirəm. Prezidentimiz mənzili mənə 75 illik yubileyim münasibətilə hədiyyə edib. Bu, mənim üçün böyük sevincdir".

Qeyd edək ki, iyunun 9-da Vamiq Məmmədəliyevin 75 yaşı tamam olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti və Bakı Musiqi Akademiyasının müəllimidir.


Geri dön