Ana Sayfa > Karusel / Mədəniyyət > Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb

Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb


17-09-2021, 17:22. Yazar: Admin

Milli Musiqi Gününə həsr olunan videoçarx hazırlanıb

 

Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlanıb.

Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, videoçarx Nazirliyin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” tərəfindən hazırlanıb.

Videoçarxın əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavadoğlu, aranjemançı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir.

Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.


Geri dön