Ana Sayfa > Karusel / Multimedia > İranın şimal-qərbində terrorçularla sərhədçilər arasında atışma olub

İranın şimal-qərbində terrorçularla sərhədçilər arasında atışma olub


17-09-2021, 14:56. Yazar: Admin

 

İranın şimal-qərbində terrorçularla sərhədçilər arasında atışma olub

İranın şimal-qərb bölgəsində silahlı terror qruplaşması ilə sərhədçilər arasında atışma baş verib.

Qarabaqinfo.az-nın Tehran bürosunun məlumatına görə, sərhədçilər Qərbi Azərbaycan əyalətində ölkəyə qeyri-qanuni yolla girmək istəyən terror qruplaşma üzvlərini zərərsizləşdirib. Belə ki, terror qruplaşmasından iki nəfər yaralanaraq həbs olunub, digər qrup üzvləri məhv edilib

Məlumatda hadisənin dəqiq hansı sərhəd bölgəsində baş verdiyi qeyd olunmayıb.

Həmçinin qeyd olunub ki, terrorçulardan çox sayda silah və sursat müsadirə olunub. Apa

 


Geri dön