Ana Sayfa > Karusel / Gündəm > Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər
Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər17-09-2021, 11:02. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinqində erməni jurnalistlərinin iki sualına cavab verib. Erməni jurnalistlər onlayn formatda verdikləri suallarda həmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar. Erməni jurnalistin digər “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına Mariya Zaxarovanın cavabı isə belə olub ki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Ermənilər istəyərdi ki, Mariya Zaxarova hər iki suala “Gorus-Qafan yolunun bağlanması doğru deyil, Azərbaycan yolu açmalıdır” və “Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhə və sabitliyə zərbədir” şəklində cavab versin. Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır. Ancaq Zaxarova Kremlin siyasətindən kənara çıxara bilməz. Bu siyasət isə bundan ibarətdir ki, Emənistan strateji müttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və Azərbaycanı qıcıqlandırmaq olmaz. Halbuki, Rusiya hərbçilərinin Qarabağdakı hərəkətləri bizdə qıcıq oyadır, Laçınımızda “pilotsuz uçuş aparatlarına qarşı hərbi təlimləri” münasibətlərə zərbə vurur. Odur ki, Mariya Zaxarova da bilməmiş deyil ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiya hərbçilərinin təxribatına cavabdır”. Geri dön |