Ana Sayfa > Karusel / Gündəm > Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub
Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub17-09-2021, 10:35. Yazar: Admin |
Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq". Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur. Geri dön |