"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.
Qarabaginfo.az-ın məlumatına görə, matçda hələlik hesab açılmayıb.
20:30
"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.
Qarabaginfo.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
20:45
"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.
Qarabaginfo.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:45-də başlayıb.
Qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.