Ana Sayfa > Karusel / Gündəm > Errmənistan Azərbaycana dəhliz verməyəcək-Paşinyan

Errmənistan Azərbaycana dəhliz verməyəcək-Paşinyan


16-09-2021, 17:05. Yazar: Admin
Nikol Paşinyanın müharibəyə gətirib çıxaran əməlləri - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana Naxçıvanla əlaqə üçün dəhliz verilməyəcəyini bildirib.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı deyib.
"Gorus-Qafan yolunda baş verən hadisələrin müəyyən səbəbləri var. Azərbaycan İrandan gələn yük avtomobillərini yoxlamağa başlayıb. Çünki Ermənistan Naxçıvanla əlaqə üçün Azərbaycana dəhliz verməyəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də hökumət iclasında çıxışı zamanı Bakının Naxçıvanla quru yolla əlaqə qurmaq istədiyini anladıqlarını bildirmişdi. O həmçinin, bu barədə konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlı olduqlarını qeyd etmişdi".

Geri dön