Ana Sayfa > Karusel / Cəmiyyət > “Dövlət vətəndaşı soymamalıdır, soyundurmamalıdır“ - Jurnalistdən sərt reaksiya
“Dövlət vətəndaşı soymamalıdır, soyundurmamalıdır“ - Jurnalistdən sərt reaksiya16-09-2021, 14:25. Yazar: Admin |
“Mən sosial məsafəni qorumağın, maska taxmağın, tələb olunan gigiyenik qaydalara əməl etməyin tərəfdarıyam. Bu məhdudiyyətlər bizim qorunmağımıza xidmət edir”. Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Onun sözlərinə görə, vətəndaşlar özlərinin və çevrəsindəki insanların taleyinə biganə yanaşmamalı, qaydalara maksimum riayət etməlidirlər: “Vətəndaşların keçidlərdə maska taxılması ilə bağlı tələbə gəlincə, burada mübahisəli məqamlar az deyil. Bəzi vətəndaşlar hesab edirlər ki, keçid qapalı məkan olmadığı, hər iki tərəfi açıq olduğu, havalanmaq imkanı olduğu üçün orada maska taxmaq vacib deyil. Həkim olmadığım üçün keçidlərdə maska taxmağın zəruriliyi barədə nəsə söyləyə bilmərəm. Amma bir jurnalist kimi vətəndaşların hər fürsətdə cərimələnməsinin əleyhinəyəm. Onsuz da pandemiya hamımızın büdcəsinə ağır zərbə vurub. Koronavirus səbəbi ilə uzun müddət minlərlə iş yeri bağlı qalıb. İnsanlar sosial problemlərdən əziyyət çəkirlər. Belə həssas durumda onları cərimələmək xoşniyyətli fəaliyyət deyil. Vətəndaş cibindəki sonuncu qəpik-quruşunu cərimələri ödəməyə sərf etməməlidir. Dövlət vətəndaşı soymamalıdır, soyundurmamalıdır. Dövlətin işi vətəndaşı geyindirməkdir, yedirməkdir. Dövləti təmsil edən adamlar insanları cərimələmək üçün bəhanə axtarmamalıdırlar. Mən pandemiya zamanı yazılan bütün cərimələrin ləğv olunmasının tərəfdarıyam. Onsuz da xalqımız pandemiya üzündən yetərincə əziyyət çəkib. İnsanlara əlavə probelmlər yaratmağa ehtiyac yoxdur”. Geri dön |