Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!"
Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!"16-09-2021, 12:46. Yazar: Admin |
“Qarabağdakı “rusməramlıların” Xankəndi və ərtafından yaxın illərdə çəkilməsini təmin etmək üçün əzəli torpaqlarımızda yaşayan erməni əslilli azərbaycanlılarla, bizim vətəndaşlarla birbaşa təmasa keçməliyik, onların ölkəyə inteqrasiyası üçün çalışmalıyıq. Bunun yollarından biri də Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı kommunal xidmətlərlə təmin etməkdir”. Onun sözlərinə görə, bu gün həmin bölgəmizə işıq, qaz Ermənistandan, su isə ərtaf bölgələrdən gəlir.
“Demirsiz ki, Xankədiyə nəzarət etməliyik? Onda bəs, dövlət öz vətəndaşına kommunal xidmət göstərməli deyil, təqaüd ödəməli deyil?! İstəmirsiz “rusməramlılar” ordan çıxsın?! Bunun tək yolu erməni əsilli vətəndaşlarımızın ölkəyə inteqrasiyasıdır! Başqa nə yol təklif edirsiz?! Hücum edib Moskvaya qədər gedəcəksiz?! Biz erməni əsilli vətəndaşlarımızı dışladıqca, onlar rusun qucağına daha bərk oturacaq və onları o qucaqdan qoparmaq mümkünsüz olacaq. Zatən Kreml o qondarma qurumu de-fakto tanıyıb, biz aktiv olmasaq, məqamı gəlsə, “rusməramlıların” burnu biz tərəfdən qanasa həmən “de-jure” də tanıyacaqlar – bunu istəyirsiz?! Siyasət məsuliyyətli işdir, bacarıq, elm, analitik düşüncə tələb edir, bəziləri elə bilir ki, siyasət qışqırmaqdır, yekə-yekə danışmaqdır”.
Geri dön |