Ana Sayfa > Karusel / Hadisə > Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO
Bakıda "Qanlı göl" ətrafında insan sümükləri tapılıb - FOTO15-09-2021, 23:36. Yazar: Admin |
Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub. Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib. Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb. İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib. Geri dön |