Ana Sayfa > Karusel / Gündəm > SON DƏQİQƏ: “İran Azərbaycanın yük maşınları üçün tranzit vergisini artıra bilər”

SON DƏQİQƏ: “İran Azərbaycanın yük maşınları üçün tranzit vergisini artıra bilər”


15-09-2021, 13:17. Yazar: Admin
SON DƏQİQƏ: “İran Azərbaycanın yük maşınları üçün tranzit vergisini artıra bilər”sharethis sharing button

İran mətbuatı ölkə hakimiyyətini Azərbaycan daşıyıcıları üçün tranzit vergisini artırmağa çağırıb.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, İranın “Cavan” qəzeti “İrandan Qafqaza gedən kommunikasiya yolunda Bakının cinayəti” adlı məqalə dərc edib.

Əvvəldən-axıra qədər ölkəmizə qarşı qərəzdən ibarət olan məqalədə Ermənistanın guya Azərbaycana qarşıbütün təzyiq rıçaqlarından əl çəkdiyi, lakin rəsmi Bakının yeni problemlər yaratmağa çalışdığı vurğulanıb. Məqalədə Azərbaycanın ciddiliyini sübuta yetirmək üçün Gorus-Qafan yolunu iki gün bağlı saxladığı da əks olunub.

Sözügedən məqalədə həmçinin Azərbaycanın Gorus-Qafan yolunda keçid məntəqəsi yaratdığı, lakin nə Ermənistan rəsmilərinin, nə də İran Xarici İşlər Nazirliyinin problemi aradan qaldırmaq üçün xüsusi bir addım atmadığı qeyd edilib.

Məqalədə vurğulanır ki, Bakının məqsədi İranın Ermənistan ərazisindən tranzit üçün istifadəsinin qarşısını almaqdır. Ona görə də, İran Naxçıvan-Biləsuvar yolundakı üstünlüyündən düzgün istifadə etməsə və yol vergisini qaldırmasa, o zaman Azərbaycan belə hərəkətlərini davam etdirəcək.


Geri dön