Ana Sayfa > Karusel / Gündəm > General Rövşən Əkbərovun məhkəməsi təxirə salınıb
General Rövşən Əkbərovun məhkəməsi təxirə salınıb15-09-2021, 11:20. Yazar: Admin |
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb. Qarabaginfo.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb hakim heyətinə daxil olan Elbəy Allahverdiyevin koronavirusa yoluxması olub. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb. Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Geri dön |