Ana Sayfa > Karusel / Gündəm > Ermənistan parlamenti Gorus-Qafan yoluna görə toplaşacaq

Ermənistan parlamenti Gorus-Qafan yoluna görə toplaşacaq


14-09-2021, 15:31. Yazar: Admin

Ermənistan parlamentində Gorus-Qafan yolu ilə bağlı müzakirələr keçiriləcək.

 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan açıqlama verib.

 

“Biz parlamentdə dinləmələrin keçirilməsi ilə bağlı razılıq əldə etmişik. İclasa dövlətin birinci şəxslərinin qatılmasını tələb etmişik. İclas qısa zamanda – bu gün yaxud sabah keçirilməlidir”- deyə Minasyan söyləyib.

Onun sözlərinə görə, iclasın toplanmasına əngəl olsa, Gorus-Qafan yolu ən azından komissiyaların iclasında müzakirə olunacaq.//Modern.az


Geri dön