Ana Sayfa > Karusel / Region > Gədəbəyə dolu yağdı - Faktiki hava

Gədəbəyə dolu yağdı - Faktiki hava


14-09-2021, 11:41. Yazar: Admin
Gədəbəyə dolu yağdı - Faktiki hava

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib. 

Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Dolu: Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.


Geri dön