Ana Sayfa > Karusel / Qarabağ > Zəngəzurda erməni hərbçi öldü

Zəngəzurda erməni hərbçi öldü


14-09-2021, 10:11. Yazar: Admin

Ermənistan ordusu qeyri-döyüş şəraitində itki verib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Bildirilir ki, Ermənistanın cənub-şərqində, Zəngəzur istiqamətində ötən axşam 1978-ci il təvəllüdlü ehtiyatda olan çavuş Mkrtıç Serejaeviç Ovakimyan ölüb.

 

Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü deyilir. İlkin ehtimallara görə, Ovakimyan intihar edib.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön