Ana Sayfa > Karusel / Gündəm > Füzuli şəhəri necə qurulacaq? - Deputat detallardan DANIŞDI
Füzuli şəhəri necə qurulacaq? - Deputat detallardan DANIŞDI13-09-2021, 14:38. Yazar: Admin |
Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, yenidən qurulması istiqamətində məqsədyönlü iş aparılır. Prezident İlham Əliyev şəhərsalma sahəsində böyük işlər görüldüyünü qeyd edib. Dövlətimizin başçısı Ağdamın baş planının təsdiqləndiyini, Füzulinin və Cəbrayılın müfəssəl baş planlarının üzərində iş getdiyini və tezliklə ictimaiyyətə təqdim ediləcəyini, Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə başlandığını, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərinin də yenidən qurulacağını bildirib. Ölkə büdcəsi üçün ağır yük olsa da, Azərbaycan hökuməti bərpa və yenidənqurma işlərini sürətlə aparmaq, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmə əzmini bütün dünyaya nümayiş etdirir.
İlkin infrastruktur işlərinin, hava limanının tikintisinin ilin sonuna qədər tam başa çatacağı gözlənilir. Bu ilin may ayında Füzuli hava limanında olmuşdum. O zaman davam edən quruculuq prosesi artıq yekunlaşmaq üzrədir və bu liman ən qısa müddətdə istifadəyə verilən beynəlxalq hava limanlarından biri oldu.
“Zəfər yolu”nda tamamlanma işləri isə yaxın zamanlarda bu yolun açılışını edə biləcəyimizdən xəbər verir. Füzulinin yenidən qurulması prosesinin bir hissəsi Horadizdən başlayır. Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunda da intensiv işlər gedir. Türkiyənin şirkətləri bu yolların çəkilişində aktiv çalışırlar. Füzuli ilə Hadrut şəhərini birləşdirəcək avtomobil yolunun çəkilişi də başlanacaq. Füzuli şəhərində nəqliyyat və lojistik xidmətlər təklif edən kifayət qədər çox infrastruktur layihələri həyata keçirilir. Bütün layihələrlə bağlı iş həm intensiv, həm də müasir standartlara uyğun davam etdirilir”.
Rayon ərazisində araşdırılmalı kifayət qədər qədim yaşayış məntəqəsi var. Ona görə, hesab edirəm ki, Füzulini digər azad edilmiş rayonlardan fərqləndirən simvol müəyyən ediləcəksə, bu, onun tarixiliyini və qədimliyini ortaya çıxaracaq bir abidə ola bilər”. Geri dön |